Xəbərlər


İdmançımız dünya çempioatında bürünc medal qazanıb

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən üzgüçülük üzrə dünya çempioatında iştirak edən "Neftçi İdman Klubu" İctimai Birliyi və Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə komandasının üzvü Dmitri Saleyin çıxışı uğurlu alınıb.

O, 200 m qarışıq növdə 2.11.33 nəticə ilə 3-cü yeri tutub və bürünc medal qazanıb.