Xəbərlər


“Neftçi İdman Klubu” U-10 Liqasının qalibi oldu

Mayın 16-da Bayıl stadionunda "Neftçi İdman Klubu” və "Qəbələ” futbol komandaları arasında keçirilən final oyunu ilə AFFA-nın U-10 Liqasının 2015/2016-cı il mövsümünə yekun vuruldu. Qarşılaşmada komandamız daha üstün oyun nümayiş etdirdi və sonda Şahin Şahüseynlinin yetirmələri 2:0 hesabı ilə qalib gəldilər. Üçüncü yer uğrunda keçirilmiş oyunda isə "Qarabağ” Gəncənin "Bağman” komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğratdı.

Sonda mükafatlandırma mərasimi keçirildi. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov təqdim etdilər.

Komandamızın hücumcusu Kənan Cəfərli U-10 Liqasının ən yaxşı futbolçusu seçildi.

“Neftçi İdman Klubu” U-10 Liqasının qalibi oldu“Neftçi İdman Klubu” U-10 Liqasının qalibi oldu“Neftçi İdman Klubu” U-10 Liqasının qalibi oldu