Xəbərlər


Samboçularımız Avropa çempionatında 2 medal qazandılar

Mayın 12-də Rusiyanın Kazan şəhərində start götürmüş sambo üzrə Avropa çempionatı sona çatıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığma komandasının tərkibində yer almış samboçuları bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil ediblər. İdmançılarımızdan ikisi yarışın medallarına layiq görülüblər. Klubun yetirmələrindən 62 kq çəki dərəcəsində mübarizə aparan Cavidan Qarayev və Emin Həsənov (68 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.