Xəbərlər


Yeniyetmə cüdoçularımız Aktauda

Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnirə yekun vurulub. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.

"Neftçi İdman Klubu” yarışda 9 cüdoçu ilə təmsil olunub. İdmançılarımızdan üçü mükafatçılar arasında yer almağa müvəffəq olub. 50 kq çəkidə çıxış edən Sənan Əhmədov rəqib tanımayaraq turnirin qalibi adını qazanıb. Namiq Mirzəliyevlə (42 kq) Nəriman Mirzəyev (50 kq) isə yalnız finalda məğlubiyyətə uğrayıblar və gümüş medallara layiq görülüblər.

Yeniyetmə cüdoçularımız AktaudaYeniyetmə cüdoçularımız AktaudaYeniyetmə cüdoçularımız Aktauda