Xəbərlər


Elşad İsgəndərov “Azərbaycan kəməri”nə sahib oldu

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında "Azərbaycan kəməri” uğrunda turnir keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçisi, kikboksun WAKO versiyası üzrə dünya və Avropa çempionu, dünya kubokunun üçqat qızıl medalçısı Elşad Ələsgərov (54 kq) "Qızıl Əlcək” İdman Klubunun kikboksçusu, WAKO versiyası üzrə Avropa çempionu Elçin Bayramov üzərində üçüncü raundda qələbə qazanıb və kəmərə sahib olub.