Xəbərlər


Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə yarış keçirilib

Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə dünyanın 71 ölkəsinin 2000-dən artıq məntəqəsində yarışlar təşkil olunub. Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşəbbüsü ilə keçirilən yarışların əsas məqsədi bütün dünyada eyni gündə 250000 nəfərdən çox idmançının start etməsiylə yeni dünya rekordunun müəyyən edilməsi və eləcə də bu idman növünün gələcəkdə Olimpiya oyunları sırasına daxil olmağı hədəflədiyinin göstərilməsi idi.

Beynəlxalq səmti müəyyən etmə günü münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası yeni rekordun müəyyən edilməsinə dəstək məqsədilə Velopark ərazisində yarış təşkil edib. Dörd kateqoriya üzrə 150-dən çox idmançının qatıldığı yarışda iştirakçılar müəyyən edilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd edilərək qələbə uğrunda mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun yarışda bacarığını nümayiş etdirən təmsilçilərindən Yekaterina Yakovleva qadınlar arasında liderliyə yüksəlib. Müslüm İmranlı isə kişilərin yarışında 2-ci olub. Yeniyetmələrdən Maksim Baxoldin oğlanlar arasında 1-ci, Anna Belousova isə qızların yarışında 3-cü yeri tutub.