Xəbərlər


Cüdoçularımızın Orenburq uğuru

Rusiyanın Orenburq şəhərində keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Yarışda 19 ölkədən 261 idmançı qalib adı uğrunda mübarizələrə qoşulub.

Mötəbər turnirdə 7 idmançı ilə təmsil olunan yığmamız yarışda böyük uğura imza atıb. Belə ki, cüdoçularımız 4 medal qazanaraq kubok yarışında 2-ci yeri tutublar.

"Neftçi İdman Klubu”nun millinin heyətində yer almış cüdoçularından Hidayət Heydərov (73 kq) və Zeym Kotsiyev (100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kubokunun qalibi adını qazanıblar. Klubun digər yetirməsi Tural Səfquliyev (81 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.