Xəbərlər


Cüdoçularımız Almatıdan 2 medalla dönür

Qazaxıstanın Almatı şəhərində cüdo üzrə Qran-pri beynəlxalq turniri keçirilib. Yarış Azərbaycan cüdoçuları üçün uğurlu alınıb. Yığmamız turnirin 3 medalına sahib olub.

Əldə olunan medallardan ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. 100 kq çəkidə çıxış edən Elxan Məmmədov bütün qarşılaşmalardan qalib ayrılıb və Almatı Qran-prisinin qızıl medalına yiyələnib. Məmmədəli Mehdiyev (90 kq) isə turniri 3-cü pillədə başa vurub.

Cüdoçularımız bu uğurları ilə Rio de Janeyro Olimpiadasına vəsiqə qazanmaq şanslarını bir qədər də yüksəldiblər.