Xəbərlər


Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Neftçi İdman Klubu”nun Bakı-2015 Birinci Avropa Oyunlarında medal qazanan idmançılarını qəbul edib. Şirkətin baş ofisində keçirilən görüşdə o, atletlərimizin çıxışını yüksək qiymətləndirib və klubun yetirmələrinin göstərdiyi uğurun qürurverici olduğunu söyləyib: "Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadı. Birinci Avropa Oyunlarında "Neftçi İdman Klubu”nun idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Sizin hər birinizi təbrik edirəm! Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısınız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiniz. İdmançılara bizim ölkəmizdə olan qədər heç bir yerdə diqqət göstərilmir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev idmana və idmançılara böyük diqqət və qayğı göstərir. Bu sizin qarşınızda böyük şansdır. Bu şansdan maksimum istifadə etmək lazımdı. Bir daha hamınızı salamlayıram və hər birinizə təşəkkür edirəm”.

Sonra Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev çıxış edərək göstərilən qayğıya görə minnətdarlığını bildirdi: "Çox sağ olun ki, vaxt ayırıb bizi qəbul etdiniz. Biz həmişə başda ölkə prezidenti olmaqla, Sizdən, "Neftçi İdman Klubu”ndan böyük dəstək görmüşük. Çox sağ olun bu dəstəyə görə. İnanıram ki, biz də işimizlə sizləri sevindirə bildik”.

İlham Zəkiyevin məşqçisi İbrahim İbrahimov, Avropa Oyunlarının çempionu Rəsul Çunayevin şəxsi məşqçisi İsmayıl Çopsiyev və qılıncoynatma yarışlarında medallar qazanan Sevil və Sevinc Bünyatova bacılarının anası Həzrə Bünyatova çıxış edərək SOCAR-ın prezidentinə öz təşəkkürlərini çatdırdılar.

Sonda "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bütün "Neftçi” ailəsi adından göstərdiyi diqqət və qayğıya görə Rövnəq Abdullayevə öz minnətdarlığını bildirdi: "Ümumi kollektiv adından, idmançılar adından söz verirəm ki, bundan sonra da "Neftçi İdman Klubu” hər zaman respublikamızda idmanın və olimpiya hərəkatının inkişafda öz sözünü deyəcək və cənab prezidentin idman siyasətini daim dəstəkləyəcək”. Sonra o, "Neftçi İdman Klubu”nun idmançılarının ilk Avropa Oyunlarındakı çıxışlarından hazırlanmış diski, eləcə də bu oyunların xatirə hədiyyəsini Rövnəq Abdullayevə təqdim etdi.

İdmançı və məşqçilərin pul və xatirə hədiyyələri ilə mükafatlandırılması mərasimi bütün iştirakçıların birgə xatirə şəkli çəkdirməsi ilə başa çatdı.

Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldıNeftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldıNeftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldıNeftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Neftçi İdman Klubunun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı