Xəbərlər


Cüdoçumuz “Böyük Dəbilqə” turnirinin bürünc medalına sahib oldu

Mayın 6-da Heydər Əliyev adına İdman Sarayında start götürmüş cüdo üzrə "Böyük Dəbilqə” turniri davam edir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 76 ölkədən 447 idmançı (278 kişi, 169 qadın) qalib adı uğrunda mübarizə aparır.

"Neftçi İdman Klubu”nun yetirməsi, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov turnirin bürünc medalına yiyələnib. Yarışa ikinci mərhələdən başlayan cüdoçumuz İsrail təmsilçisi Tohar Bertbul və kubalı Maqdiel Estrada üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibi Dmitro Kanivetsə məğlub olan Orucov təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada Yunanıstan idmançısı Georgios Azoidisə qalib gəlib və üçüncü yer uğrunda mübarizədə macarıstanlı Mikloş Unqvari ilə üz-üzə gəlib. Rüstəm Orucov bu görüşdən də qalib ayrılıb və "Böyük Dəbilqə” turnirinin bürünc medalına yiyələnib.

Qeyd edək ki,Rüstəm Orucova medalı Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev təqdim edib.

Cüdoçumuz “Böyük Dəbilqə” turnirinin bürünc medalına sahib olduCüdoçumuz “Böyük Dəbilqə” turnirinin bürünc medalına sahib olduCüdoçumuz “Böyük Dəbilqə” turnirinin bürünc medalına sahib oldu