Xəbərlər


Eduard Məmmədov 7-ci dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə kikboksun WKA versiyası üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Yarışa 18 ölkədən 460 idmançı qatılıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi, 60 kq çəki dərəcəsində mübarizə aparan Eduard Məmmədov əzm və peşəkarlıq nümayiş etdirərək Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, bu, 22 qat dünya çempionunun Avropa çempionatlarında qazandığı 7-ci qızıl medalıdır.