Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında "Bakı Marafonu 2016” keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak edib.

Dövlət Bayrağı Meydanından start götürən yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Bundan əlavə, marafonda Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən də nümayəndələr iştirak ediblər.

Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarım marafon məsafəsinin – 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. İştikarçılar Dənizkənarı Milli Parkdan başlayaraq "Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçəcək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirmək olub. Marafona 16 yaşdan yuxarı şəhər sakinləri və qonaqlar qoşulublar.

"Neftçi İdman Klubu” da marafonda aktiv iştirakı ilə seçilən təşkilatlardan olub. Belə ki, klubumuzun müxtəlif növlər üzrə idmanla məşğul olan 200-ə qədər yetirməsi iştirakçılar arasında yer alıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev finiş xəttində – Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər arasında olub və "Neftçi İdman Klubu”nun "Küləyə qalib gəl”ənlərini dəstəkləyib. Şirkət prezidenti idmançılarımızla xatirə şəkli də çəkdirib.

Xatırladaq ki, bu cür marafonlar bugünədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.

“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da
“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da
“Neftçi İdman Klubu”nun təmsilçiləri “Bakı Marafonu 2016”da