Xəbərlər


“Qaradağ Lökbatan” “Zaqatala”nı da məğlub etdi

Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü turun oyunlarına start verilib. "Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində Zaqatalanın eyniadlı klubunu qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən matç komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 31-ci dəqiqədə rəqib Oruc Balaşlının qolu ilə irəli keçib. Birinci hissənin sonunda (45+1) "Zaqatala”nın futbolçuları daha bir qol vurublar (Elmir Sulxayev). Ancaq bu dəfə öz qapılarına. Fasilədən sonra komandamız daha aktiv çıxışı ilə diqqət çəkib. Nəticədə 76-cı dəqiqədə Emin Mustafayev qonaqları cəzalandırıb – 2:1.

Bu qələbə sayəsində qazandığı xalların sayını 55-ə çatdıran "Qaradağ Lökbatan” liderlik iddiasını davam etdirir.