Xəbərlər

“Neftçi İdman Klubu”səmti müəyyən etmə yarışı keçirdi

"Neftçi İdman Klubu” İctimai Birliyi SOCAR-ın neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvlərinin sağlamlıqlarının qorunmasını özünün prioritet məsələlərindən hesab edir. Odur ki, qurum ilboyu onlar arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil edir və onların asudə vaxtlarının səmərəli keçməsinə yardımçı olur.

Aprelin 27-də klubumuz neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında növbəti – səmti müəyyən etmə üzrə ilin ilk açıq turizm yarışını gerçəkləşdirdi. Bakı Atıcılıq Mərkəzi ilə Xocəsən gölünün arasındakı meşə zolağında keçirilən yarışda Geofizika və Geologiya-1, Geofizika və Geologiya-2, N.Nərimanov adına NQÇİ, Qaz Anbarlarının İstismarı İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, "Abşeronneft” NQÇİ, "Qaz İxrac” İdarəsi və "28 May” NQÇİ-nin komandaları iştirak edirdilər.

Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də "Neftçi İdman Klubu”nun yığma komandasının üzvlərini müəyyən etmək idi.

Öncə yarışın baş hakimi Nataliya Əliyeva, hakimlər Süleyman Əliyev, Şəhriyar İsmayılov, Faiq Əliyev və Tatyana Solovyova yarış və onun keçirilmə qaydaları haqda iştirakçılara məlumat verdilər. Qaydaya görə, komandanın tərkibi 5 nəfərdən (3 kişi, 1 qadın və 1 nümayəndə) ibarət idi. Komanda yarışında qalib 3 kişi və 1 qadının ən yaxşı nəticəsi ilə müəyyən edilirdi.

Yarışın keçirilmə qaydası isə belə idi: meşə zolağında kişilər üçün 11, qadınlar üçün isə 10 nəzarət məntəqəsi təyin olunmuşdu. Marşrutun uzunluğu kişilər arasında 3700 metr, qadınlar üçün isə 3100 metr təşkil edirdi. Komanda üzvü start nöqtəsindən yarışın xəritəsi və kompasla çıxaraq nəzarət nöqtələrini axtarmağa başlayırdı. Nəzarət nöqtələrində elektron qeydolmadan istifadə olunurdu. İştirakçı elektron məntəqəni tapdıqdan sonra əlinə keçirilmiş çipi məntəqədə yerləşdirilən elektron qeydetmə nöqtəsinin içərisinə daxil edir. Bu nöqtə həm vaxtı, həm də qeydetmə ardıcıllığının düzgünlüyünü qeyd edir. Yarış iştirakçısı nəzarət məntəqələrinin hamısını ardıcıllıqla tapdıqdan sonra finişə qayıdır və çipini hakimlər briqadasına təqdim edirdi. Komanda üzvü ən geci iki saat ərzində yarışı sona çatdırmalı idi. Bunu bacarmayan şəxs yarışdan uzaqlaşdırılırdı. Klub kişilər və qadınlar arasında fərdi qaliblərə də diplom və mükafatlar təsis etmişdi. Təbii ki, bu da aktiv yarış iştirakçılarında əlavə ruh yüksəkliyi yaradırdı. Belə ki, əgər onlar komanda hesabında uduzsalar da, öz şəxsi üstünlükləri hesabına fərdi yarışların qalibi olmaq şansını qazanmışdılar.

Püşkatma vasitəsilə komandaların mərhələli keçmə ardıcıllığı müəyyən olundu və yarışa start verildi. İştirakçılar tək-tək yarışırdılar. Hər iki dəqiqədən bir növbəti komanda üzvü meşə zolağına daxil olur, əlindəki xəritə və kompasın köməyi ilə axtarışa başlayırdı. Bir məntəqədən digərinə çatmaq üçün iştirakçılar kompas və xəritə ilə çox dəqiq işləməli idilər. Əks halda, onlar səhv istiqamətə yön ala bilərdilər. Təbii ki, bütün bunlar komanda üzvlərini daha diqqətli olmağa sövq edirdi.

Beləliklə, bir neçə saat boyu həyəcan hissi ilə davam edən səmti müəyyən etmə yarışı başa çatdı. Ümumi nəticələrə görə "Geofizika və Geologiya-1” komandası yarışın qalibi adını qazandı. "Geofizika və Geologiya-2” komandası 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodu isə 3-cü yeri tutdu.

Kişilər arasında Maksim Baxoldin liderliyə yüksəldi. Müslüm İmranlı 2-ci, Şənlik Fətəliyev isə 3-cü oldu. Qadınların şəxsi yarışında Yekaterina Yakovleva finişə ən tez çatan iştirakçı oldu. Nataliya Şiyanova 2-ci, Yanina Maşkova isə 3-cü pillədə qərarlaşdı.

Bundan əlavə, "Neftçi İdman Klubu” finişə ən qısa müddətdə çatan iştirakçılar üzrə də nominasiyalar təyin etmişdi. Kişilər arasında 34,39 dəqiqə nəticə ilə Maksim Baxoldin, zərif cinsin nümayəndələrindən isə 34,52 dəqiqə nəticə ilə Yekaterina Yakovleva bu nominasiyaların qalibi adını qazandılar.

Tədbirin sonunda düzənlənən mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, bütün yarış iştirakçılarına və hakimlərə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salamlarını və xoş arzularını çatdırdı. O, yarışa müxtəlif sahələrdən insanların qatılmasından məmnunluğunu ifadə etdi. Klub rəsmisi ölkəmizdə idman və Olimpiya Hərəkatına göstərilən dövlət qayğısından söhbət açaraq, respublikamızda vətəndaşların sağlamlığına ayrılan diqqəti xüsusi vurğuladı. Natiq çıxışının sonunda göstərdikləri fəallığa görə iştirakçılara, yarışın yüksək səviyyədə təşkil olunmasına görə isə hakimlər briqadasına dərin minnətdarlığını bildirdi və qalibləri təbrik etdi.

Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılar "Neftçi İdman Klubu”nun diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu”səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”səmti müəyyən etmə yarışı keçirdi