Xəbərlər


Kikboksçularımız 14 medal qazandılar

İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında keçirilən kikboksinq üzrə XXII Azərbaycan birinciliyi başa çatıb.

"Neftçi İdman Klubu”nun kikboksçuları 3-ü qızıl, 1-i gümüş və 10-u bürünc olmaqla ümumilikdə yarışın 14 medalını qazanıblar. Medal sayına görə bütün komandaları üstələyən idmançılarımız liderliyə yüksəliblər.

Yeniyetmələrdən Uğur Həsənzadə (81 kq), gənclərdən isə Nəcməddin Məmmədzadə (57 kq) və Nəsimi Cəfərov (91 kq) bütün döyüşləri qələbə ilə başa vurublar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.