Xəbərlər


Boksçularımız paytaxt birinciliyində

Aprelin 19-da Azərbaycan Boks Federasiyasında startı verilmiş açıq Bakı birinciliyi başa çatıb. 2002-2003-cü illər təvəllüdlü boksçular arasında təşkil olunan yarışda paytaxt və bölgələrdən çoxsaylı idmançılar 17 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun dəri əlcək sahibləri paytaxt birinciliyinin 2 qızıl, 3 gümüş və 4 bürünc medalına yiyələniblər. Boksçularımızdan 50 kq çəkidə çıxış edən Elgün Sultanov və Seyran Həsənzadə (65 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Bakı çempionluğunu bayram ediblər. Ömər Cəfərov (38,5 kq), Ağa Cəfərov (76 kq), Cavid Əliyev (+76 kq) gümüş, Zabit Əliyev (40 kq), Əli İsgəndərov (41,5 kq), Mirabbas Şavruqulu və Nazir Abdullayev (hər ikisi 46 kq) isə bürünc medallara sahib olublar.