Xəbərlər

Cüdoçumuz Rüstəm Orucov Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 46 ölkədən 394 idmançı (229 kişi, 195 qadın) qalib adı uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandasının üzvü, "Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov (73 kq) ölkəmizə daha bir medal qazandırıb. O, ilk görüşdə litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib. Təmsilçimiz Çexiya idmançısı Yakub Jesmineki də eyni fəndlə məğlub edib. Dörddəbir finalda sloveniyalı Rok Draksiç üzərində qələbə qazanan Orucov yarımfinalda Rusiya cüdoçusu Denis Yartsevə qalib gəlib və finala vəsiqəni təmin edib. İdmançımız həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və bu mübarizədən də qalib ayrılaraq Avropa çempionu adına sahib olub.

Xatırladaq ki, çempionatın ilk günündə klubumuzun daha bir yetirməsi Orxan Səfərov (60 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülmüşdü.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Kazanda təşkil olunan Avropa çempionatının komanda yarışlarında bürünc medala yiyələniblər. Cüdoçularımız əvvəlcə Latviya komandasına 4:1 hesabı ilə qalib gəliblər. Növbəti rəqibinə – Polşa millisinə 2:3 hesabı ilə məğlub olan komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan yığmasını üstələyən (3:2) cüdoçularımız bürünc medal uğrunda görüşdə Fransa komandası ilə üz-üzə gəliblər. Böyük əzm və peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq Avropa çempionatının bürünc medalını qazanıblar.

Kazanda çempionatı canlı izləyən "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçularımızı parlaq qələbə münasibətilə təbrik edib.

Cüdoçumuz Rüstəm Orucov Avropa çempionu olduCüdoçumuz Rüstəm Orucov Avropa çempionu olduCüdoçumuz Rüstəm Orucov Avropa çempionu olduCüdoçumuz Rüstəm Orucov Avropa çempionu oldu