Xəbərlər


Güllə atıcılarımız 7 medal qazandılar

Bakı Atıcılıq Mərkəzində yeniyetmələr və gənclər arasında keçirilən güllə atıcılığı üzrə respublika birinciliyində klubumuzun idmançıları da bacarıqlarını nümayiş etdiriblər. Güllə atıcılarımız 4-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ölkə birinciliyinin 7 medalına sahib olublar. Onlardan Elvin Astanov pnevmatik tapançadan 10 metr və kiçik çaplı tapançadan 50 metr məsafəyə atəşaçma yarışlarının hər birində qızıl medala yiyələnib. Mahmud Hüseynli isə pnevmatik tapançadan 10 metrə çalışmalarda 3-cü yeri tutub. Qızlar arasında təşkil olunan yarışlarda Zeynəb Abbasova 10 metrdə (PTÇ-2), Leyla Mirzəzadə isə 25 metrdə (KÇTÇ) Azərbaycan çempionluğuna seviniblər. Pnevmatik tapançadan 10 metr məsafəyə çalışmalarda Fatimə Novruzova gümüş, Ülviyyə Eyvazova isə bürünc medala layiq görülüb.