Xəbərlər


Yeniyetmə cüdoçuların Çexiya uğuru

Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı başa çatıb. Turnirdə 29 ölkədən 736 idmançı qalib adı uğrunda yarışıb.

Azərbaycanın yığma komandası qitə kubokunda 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunub. Yarışda uğurla çıxış edən Azərbaycan millisi 10 medala (4 qızıl, 2 gümüş, 4 bürünc) sahib olub və komanda hesabında Avropa Kubokunun qalibi adını qazanıb.

Kubokun əldə olunmasında "Neftçi İdman Klubu”nun cüdoçuları böyük pay sahibi olublar. Belə ki, yığma komandanın heyətində yer almış idmançılarımızdan 55 kq çəkidə çıxış edən Əhməd Yusifov və İbrahim Əliyev (60 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medallara layiq görülüblər.