Xəbərlər


Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışına yekun vurulub. 22 ölkədən 346 idmançının mübarizə apardığı turnirə Azərbaycan yığması 21 cüdoçu ilə qatılıb.

Kubok yarışında ölkəmizə yeganə medalı "Neftçi İdman Klubu”nun gənc cüdoçusu Natiq Qurbanlı (55 kq) qazandırıb. O, finala gedən yolda Fransa, Braziliya və Gürcüstan təmsilçilərini məğlubiyyətə uğradıb. Həlledici final qarşılaşmasında isə cüdoçumuz yerli idmançı Damir Meremova qalib gəlib və qızıl medala yiyələnib.