Xəbərlər


Yeniyetmə güləşçilərimiz Bakı birinciliyində

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Sərbəst güləşçilərin yarışında 224, yunan-Roma güləşi üzrə yarışlarda isə 281 idmançı 10 çəki dərəcəsi üzrə mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun yeniyetmələrindən 50 kq çəkidə çıxış edən Çoban İsmayılzadə və Orxan Əliyev (63 kq) sərbəst, Ülvi Qənizadə (76 kq) isə yunan-Roma güləşçiləri arasında paytaxt çempionu olub.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışlarda I-III, yunan-Roma güləşi üzrə yarışlarda isə I-V yerləri tutmuş idmançılar növbəti açıq respublika turnirinə vəsiqə qazanıblar.