Xəbərlər


Voleybol komandamız yenə çempion oldu

Voleybol üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Altı ay gərgin mübarizə şəraitində davam edən çempionatın final qarşılaşması "Azərreyl” İdman Bazasında təşkil olunub. Həlledici görüşdə "Neftçi İdman Klubu” ilə Ali Hərbi Məktəbin komandası üz-üzə gəlib. Komandamız rəqibini 3:1 hesabı ilə məğlub edərək xallarının sayını 18-ə çatdırıb və ölkə çempionu adını qazanıb.

"Ali Hərbi Məktəb” 13 xalla 2-ci, komandamızın yarımfinalda 3:0 hesabı ilə məğlub etdiyi "Nəqliyyatçı” isə 12 xalla 3-cü yeri tutub.

Beləliklə, "Neftçi İdman Klubu”nun komandası 2015-2016-cı il mövsümündə voleybol üzrə kişilər arasında Azərbaycan çempionu olub. Xatırladaq ki, voleybolçularımız 2014-2015-ci il mövsümündə də çempion olmuşdular.

Baş məşqçi Elçin Orucov və çempion komandanın üzvləri qazandıqları kuboku böyük sevinclə "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova təqdim ediblər.

Voleybol komandamız yenə çempion olduVoleybol komandamız yenə çempion olduVoleybol komandamız yenə çempion olduVoleybol komandamız yenə çempion oldu
Voleybol komandamız yenə çempion oldu
Voleybol komandamız yenə çempion oldu