Xəbərlər

“Qaradağ Lökbatan” növbəti dəfə qələbə qazandı

Futbol üzrə Azərbaycan I Divizionunda 22-ci turun oyunlarına start verilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” komandası "Turan Tovuz”u qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə komandamız rəqibini düz dörd dəfə mərkəzə dəvət edib. Əvəzində isə öz qapısında bir qol görməli olub. Qapılara vurulan beş qoldan üçü ilk iyirmi dəqiqəyə təsadüf edib. Bu müddət ərzində iki dəfə "Qaradağ Lökbatan” (Raul Yaqubzadə, 1; Rüfət Məmmədov, 18) bir dəfə isə "Turan Tovuz” (Azər Məmmədov, 20) fərqlənib. Birinci hissə elə bu hesabla da sona çatıb. Fasilədən sonra futbolçularımız rəqibi daha iki dəfə cəzalandırıblar. 80-ci dəqiqədə Cavid Muxtarzadə, 88-ci dəqiqədə isə Elmin Əskərlinin vurduğu qollarla "Qaradağ Lökbatan” 4:1 hesablı qələbəni reallaşdırıb.

Bununla da komandamız xallarının sayını 49-a çatdırıb və 2-ci pillədəki mövqeyini qoruyub.

“Qaradağ Lökbatan” növbəti dəfə qələbə qazandı“Qaradağ Lökbatan” növbəti dəfə qələbə qazandı“Qaradağ Lökbatan” növbəti dəfə qələbə qazandı