Xəbərlər


Samboçularımız Fransadan 3 medalla dönür

Fransanın Tuluza şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış samboçularından üçü qitə yarışının mükafatına layiq görülüb. Yeniyetmələrin yarışında 62 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Tural Allahverdiyev bürünc medala sahib olub. Gənclərdən Aslan Mirzəyev (90 kq) yalnız final qarşılaşmasından məğlub ayrılıb və Avropa birinciliyinin gümüş medalını qazanıb. Klubun digər yetirməsi Abdulla Abdullayev (60 kq) isə yarışı 3-cü yerdə başa vurub.