Xəbərlər


Rəsul Çunayev dünya reytinqində yenə liderdir

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Yeni reytinq cədvəlini "Neftçi İdman Klubu”nun güləşçiləri üçün uğurlu hesab etmək olar. Belə ki, son dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov (59 kq) isə ikinci sırada qərarlaşıb. Onluğa daxil olan idmançılarımızdan Həsən Əliyev (66 kq) 9-cu, Elvin Mürsəliyev (75 kq) isə 8-ci pillədədir. İlk iyirmilikdə daha iki idmançımız yer alıb: Orxan Nuriyev (98 kq) 15-ci, İslam Abbasov (85 kq) isə 20-ci sırada.