Xəbərlər


Karateçilərimiz Avropa çempionatında

Almaniyanın Nürnberq şəhərində karate üzrə Avropa çempionatı keçirilib. 30 ölkədən 1500-dən çox idmançının mübarizə apardığı yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunub.

Azərbaycanın idman şərəfini qoruyan idmançılardan 5-i "Neftçi İdman Klubu”nun yetirmələri olub. Fərəhli haldır ki, klubun karateçilərinin hamısı qitə çempionatının mükafatçıları arasında yer alıb. Onlardan 12-13 yaş qrupunda çıxış edən İsmayıl Bayramov kata yarışlarında qalib adını qazanıb. Əhməd İsgəndərov isə kumitedə gümüş medala layiq görülüb. Kişilər arasında təşkil olunan yarışda Sədi Namazov (80 kq) rəqib tanımayaraq Avropa çempionluğuna yüksəlib. Aqşin İbrahimov (+85 kq) 2-ci, Həsən Quliyev (açıq çəki) isə 3-cü yeri tutub.

Qeyd edək ki, Sədi Namazov, Aqşin İbrahimov və Həsən Quliyevdən ibarət üçlük komanda yarışında liderliyə yüksəlib.

Karateçilərimiz Avropa çempionatındaKarateçilərimiz Avropa çempionatındaKarateçilərimiz Avropa çempionatında