Xəbərlər


Hacı Əliyev yenə birincidir

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

"Neftçi İdman Klubu”nun yetirməsi, ikiqat dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev (61 kq) öz çəkisində mövqeyini qorumağı bacarıb və yenə də birincidir. Digər güləşçimiz, reytinq cədvəlində 5-ci pillədə qərarlaşmış Toğrul Əsgərovun (65 kq) da mövqeyində dəyişiklik olmayıb.