Xəbərlər


“Neftçi İdman Klubu”nun yetirmələri ilin birinci rübündə 404 medala sahib olublar

"Neftçi İdman Klubu”nun idmançıları ilin birinci rübündə böyük uğura imza atıblar. Təmsilçilərimiz ilin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək 148-i qızıl, 129-u gümüş və 127-si bürünc olmaqla, ümumilikdə 404 medal qazanıblar. Klubun idmançıları dünya yarışlarında 1 (gümüş), Avropa yarışlarında 14 (4 qızıl, 3 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 104 medala (29 qızıl, 44 gümüş, 31 bürünc) yiyələniblər. Respublika yarışlarında 124 medala (51 qızıl, 30 gümüş, 43 bürünc) sahib olan atletlərimiz, paytaxt yarışlarında 109 (42 qızıl, 33 gümüş, 34 bürünc), digər yarışlarda isə 52 medal (22 qızıl, 18 gümüş, 12 bürünc) əldə ediblər.