Xəbərlər


Pankrationçular ölkə çempionatında 14 medal əldə etdilər

Aprelin 2-də Hövsan Olimpiya İdman Kompleksində start götürmüş pankration, qraplinq və MMA üzrə respublika çempionatı başa çatıb.

Klubumuzun təmsilçiləri yarışda əzmlə mübarizə apararaq, 4-ü qızıl, 6-sı gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 14 medala sahib olublar. Pankrationçularımızdan Nihad Abdullayev (36 kq), Nicat Kərimov (46 kq) və Coşqun Dərişov (66 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qraplinq yarışlarında isə Şahin Löymanov (63 kq) eyni uğura imza atıb.