Xəbərlər


Gənc cüdoçuların Afina uğuru

Yunanıstanın paytaxtı Afinada cüdo üzrə Avropa kubokuna yekun vurulub. 24 ölkədən 302 idmançının (200 oğlan, 102 qız) qatıldığı yarışda yığma komandamız 22 cüdoçu (19 oğlan, 3 qız) ilə təmsil olunub.

Azərbaycan cüdoçularının qitə yarışındakı çıxışı uğurlu alınıb. Belə ki, gənc cüdoçularımız yarışdan 4 medalla (1 qızıl, 2 gümüş və 1 bürünc) ayrılıblar. Onlardan Hidayət Heydərov (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıb. Yalnız finalda məğlub olan Natiq Qurbanov (55 kq) və Tofiq Məmmədov (60 kq) gümüş, Murad Heydərli (60 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, medalçılardan üçü – Hidayət Heydərov, Natiq Qurbanov və Murad Heydərli "Neftçi İdman Klubu”nun cüdoçularıdır.