Xəbərlər


Avropa çempionatından daha bir medal

Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Yunan-Roma güləşçilərinin ardınca meydana qadın güləşçilər çıxıb.

"Neftçi İdman Klubu”nun yetirməsi, 55 kq çəki dərəcəsində mübarizə aparan Almaz İsmayılova qitə çempionatının bürünc medalına sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) isə bürünc medala yiyələnmişdi.