Xəbərlər


Güllə atıcılarımız İranda

Martın 23-də İran İslam Respublikasının paytaxtı Tehranda startı verilmiş güllə atıcılığı üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda 6 komandanın tərkibində 80-ə yaxın idmançı mübarizəyə qoşulub.

Klubumuzun təmsilçisi Zərifə Qasımova qadınlar arasında keçirilən pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (40 güllə) yarışında 369 xal toplayıb və bürünc medal qazanıb.

Komandalar arasında təşkil olunan yarışda isə "Neftçi İdman Klubu” 2-ci yeri tutub.

Güllə atıcılarımız İranda