Xəbərlər


Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 2 medal qazandılar

Bolqarıstanın Ruse şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir. Artıq yunan-Roma güləşçilərinin yarışına yekun vurulub.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer almış yunan-Roma güləşçilərindən 59 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medala layiq görülüb. Ruhin Mikayılov (71 kq) isə qitə çempionatını 3-cü yerdə başa vurub.

Klubun digər yetirmələri Elman Muxtarov (66 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) isə medal qazanmağa çox yaxın olsalar da, sonda buna nail ola bilməyiblər.