Xəbərlər


Badminton üzrə Bakı birinciliyi keçirilib

Bakı Slavyan Universitetinin idman zalında yeniyetmə və gənc badmintonçular arasında Bakı şəhər birinciliyi keçirilib. 2002-2003 və 2000-2001-ci il təvəllüdlülər arasında təşkil olunan paytaxt yarışında 131 idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun 2002-2003-cü illər təvəllüdlü badmintonçularından Ülvi Əhmədov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər üçündə qızıl medala yiyələnib. Adəm Əliyev şəxsi yarışlarda gümüş medala layiq görülüb. Digər idmançımız Vaqif İsmayılov qoşa yarışlarda 1-ci, şəxsi və qarışıq-qoşa yarışlarda isə 3-cü yeri tutub.

2000-2001-ci illər təvəllüdlü badmintonçuların yarışında klubun yetirməsi Səbuhi Hüseynov şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər birində Bakı birinciliyinin qalibi adını qazanıb. Ülvi Əhmədov şəxsi, Vaqif İsmayılov isə qoşa yarışlarında gümüş medal əldə ediblər. Adəm Əliyev isə qoşa yarışlarda bürünc medala sahib olub.