Xəbərlər


Bünyadova bacılarından iki medal

"Neftçi İdman Klubu"nun yetirmələri Sevil və Sevinc Bünyadovalar I Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışında yarımfinal mərhələsinə yüksəliblər.
1/4 final mərhələsində Sevinc 15:11 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Anjelika Vatorla üz-üzə gəlib və 15:14 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
Sevil isə rəqibini 15:12 hesabı ilə məğlub edib. Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.
Onun bacısı Sevincisə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.