Xəbərlər

“Neftçi İdman Klubu” Novruz bayramına həsr olunmuş turnir keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin işçiləri arasında növbəti dəfə mini-futbol turniri keçirdi. Novruz bayramına həsr olunmuş yarışda 19 komanda iştirak edirdi.

Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də mini-futbolun kütləviləşməsinə köməklik göstərilməsi və Novruz bayramının təntənəli şəkildə qeyd edilməsi idi.

Yarış Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunmuşdu. Martın 14-dən 18-dək davam edən turnirdə komandalar 4 qrupda mübarizə aparırdılar.

Gərgin mübarizə şəraitində keçən yarışda "Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandası qalib adını qazandı. "Qaz İxrac” İdarəsi 2-ci, "Neft Daşları” NQÇİ-nin komandası isə 3-cü yerə çıxdı.

Klub tərəfindən "ən yaxşı oyunçu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə də mükafatlar təsis edilmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Emil Ağayev ("Qaz İxrac” İdarəsi), Rövşən Babayev ("Suraxanı Oyl”) və Mehman Baxşiyev ("Neft Daşları” NQÇİ) layiq görüldülər.

"Neftçi İdman Klubu” 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandaları kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırdı. Nominasıya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.

“Neftçi İdman Klubu” Novruz bayramına həsr olunmuş turnir keçirdi“Neftçi İdman Klubu” Novruz bayramına həsr olunmuş turnir keçirdi“Neftçi İdman Klubu” Novruz bayramına həsr olunmuş turnir keçirdi“Neftçi İdman Klubu” Novruz bayramına həsr olunmuş turnir keçirdi