Xəbərlər


Tennisçilərimiz ölkə birinciliyində

"Şüa” İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb. Yarışda ölkənin müxtəlif bölgələrindən 102 idmançı (68 oğlan, 34 qız) bacarığını nümayiş etdirib.

2001-ci il təvəllüdlü və daha aşağı yaşlı idmançıların şəxsi yarışında "Neftçi İdman Klubu”nun tennisçilərindən Zemfira Mikayılova qızlar arasında bürünc medal qazanıb. Qızların qoşa yarışında Zemfira Mikayılova – Aytac Qasımova cütlüyü 3-cü, qarışıq-qoşa yarışmasında isə Zemfira Mikayılova və İbrahim Ansaridən ibarət cütlük 2-ci yeri tutub.