Xəbərlər


“Qaradağ Lökbatan” səfərdə üç xal qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda XVIII tura start verilib.

"Qaradağ Lökbatan” komandası Qazaxda "Göyəzən”in qonağı olub. Birinci hissədə tərəflərin hesabı açmaq üçün göstərdikləri bütün cəhdlər nəticəsiz qalıb. Odur ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanmalı olublar. İkinci hissədə hücumlarının kəsərini bir qədər də artıran futbolçularımız rəqib qapısına yol tapa biliblər. Belə ki, Rüfət Məmmədov 61-ci dəqiqədə "Göyəzən”in qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 1:0. Matçın 86-cı dəqiqəsində isə Sabir Allahquliyev komandasının ikinci qolunu vurub. Beləliklə, "Qaradağ Lökbatan” qarşılaşmanı 2:0 hesablı qalibiyyətlə başa vurub.

Qazandığı qələbə sayəsində xallarının sayını 42-yə çatdıran komandamız turnir cədvəlində qərarlaşdığı 2-ci pillədə bir qədər də möhkəmlənib.