Xəbərlər


Dama üzrə Azərbaycan birinciliyi sona çatıb

Respublika Şahmat Mərkəzində 64 xanalı dama üzrə gənclər və qızlar arasında respublika birinciliyi keçirilib. Dairəvi sistem üzrə dörd yaş qrupunda (10, 13, 16 və 19 yaşadək idmançılar arasında) təşkil olunan yarışda 80-ə yaxın idmançı mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun damaçıları ölkə birinciliyinin 4 medalını (2 qızıl, 1 gümüş, 1 bürünc) qazanıblar. Təmsilçilərimizdən Famil Kamilli (10 yaşa qədər oğlanlar arasında dördqat Avropa və dünya çempionu) 19 yaşadək oğlanlar arasında, Ülkər Babanlı (10 yaşadək qızlar arasında Avropa çempionu) isə 13 yaşa qədər qızlar arasındaAzərbaycan çempionu olub. Yusif Rəhimli 10 yaşa qədər oğlanlar arasında 2-ci, Aysu Kərimli isə eyni yaş qrupu üzrə qızlar arasında keçirilən yarışmada 3-cü yeri tutub.

Dama üzrə Azərbaycan birinciliyi sona çatıb