Xəbərlər


Elmar Qasımov reytinq cədvəlində liderliyini qoruyub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Sonuncu yarışların nəticələrinə əsasən tərtib edilən siyahıda "Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov (100 kq) yenə birincidir. Onunla bərabər, klubun daha üç idmançısı ilk onluqda yer alıb. Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 4-cü, Nicat Şıxəlizadə (66 kq) isə 6-cı pillədə qərar tutub. Klubun digər yetirmələrindən İlqar Müşkiyev (60 kq) 14-cü, Elxan Məmmədov (100 kq) 19-cu, Məmmədəli Mehdiyev (90 kq) isə 33-cü sıradadır.

Qeyd edək ki, cüdo idman növü üzrə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.