Xəbərlər


Vasif Durarbəyli Vyetnamda 8-ci oldu

Vyetnamın Xoşimin şəhərində keçirilən "6-cı HD Bank Kuboku” beynəlxalq turnirinə yekun vurulub. Yarışda 16 ölkədən 76 zəka sahibi bacarığını nümayiş etdirib.

Klubumuzun şahmatçısı Vasif Durarbəyli sonuncu turda vyetnamlı Coung Fam üzərində qələbə qazanaraq hesabındakı xalların sayını 6-ya çatdırıb. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışda təmsilçimiz 6 xalla 5-11-ci yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 8-ci sırada qərar tutub.