Xəbərlər


Pauerliftinq üzrə respublika çempionatı keçirilib

AAAF Park Yaşayış Kompleksinin idman zalında pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışa paytaxt və bölgələrdən 100-ə yaxın idmançı qatılıb. Respublikanın ən güclü idmançılarının, Avropa və dünya çempionlarının qüvvələrini sınadığı çempionat gərgin idman mübarizəsi şəraitində keçib.

"Neftçi İdman Klubu”nun 67,5 kq çəki dərəcəsində mübarizə aparan pauerliftinqçisi Pərviz Quliyev 112,5 kq ağırlığın öhdəsindən gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, çempionat aprelin 21-24-də Rostovda həvəskarlar, iyunun 6-12-də peşəkarlar arasında Mançesterdə keçiriləcək Avropa çempionatlarına, həmçinin avqustda Novosibirskdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyırdı.