Xəbərlər


Avropa çempionatından daha bir medal

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

"Neftçi İdman Klubu”nun pəhləvanı, 71 kq çəki dərəcəsində mübarizə aparan Həsən Əliyev yunan-Roma güləşi üzrə keçirilən yarışlarda bürünc medala yiyələnib. Bu yolda o, yerli idmançı Kristaps Kalnakarkis və çexiyalı Jan Zikan üzərində tam üstünlüklə qələbə qazanaraq, dörddəbir finala qədər maneəsiz irəliləyib. Lakin bu mərhələdə güləşçimiz Serbiya təmsilçisi Aleksandar Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub və rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Həsən Əliyev burada əvvəlcə İsveç təmsilçisi Klnut Zakarias Tallrotu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Üçüncü yer uğrunda həlledici görüşdə isə idmançımız türkiyəli Yunus Özeli məğlubiyyətə uğradıb (8:1) və Avropa çempionatının bürünc medalına yiyələnib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində klubun daha bir yetirməsi Hacı Əliyev (61 kq) sərbəst güləş yarışlarında erməni idmançı Valodya Franqulyanı 7:0 hesabı ilə darmadağın edərək bürünc medal qazanmışdı.

Avropa çempionatından daha bir medalAvropa çempionatından daha bir medalAvropa çempionatından daha bir medal