Xəbərlər


Hacı Əliyev Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə "Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev (61 kq) xalça üzərinə çıxıb. İkiqat dünya çempionumuz mübarizəyə səkkizdəbir finaldan qoşulub. İlk öncə litvalı Şarinas Yurkis üzərində asanlıqla qələbə qazanan (11:0) idmançımız, dörddəbir finalda Bolqarıstan təmsilçisi Vladimir Dubovu da eyni hesabla məğlubiyyətə uğradıb. Yarımfinal görüşündə Əliyev gürcüstanlı Vladimir Xinçeqaşvili ilə üz-üzə gəlib. Təəssüf ki, idmançımız bu dəfə qələbə seriyasını davam etdirə bilməyib. Bürünc medal uğrunda mübarizədə ermənistanlı Valodya Franqulyanla qarşılaşan güləşçimiz rəqibini 7:0 hesabı ilə darmadağın edib və Avropa çempionatının bürünc medalına layiq görülüb.

Hacı Əliyev Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazandıHacı Əliyev Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazandıHacı Əliyev Avropa çempionatında ermənini məğlub edərək bürünc medal qazandı