Xəbərlər


Güləşçilərimiz Tehranda

İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında "Yadigar İmam Kuboku” uğrunda beynəlxalq turnir keçirilib.

Klubumuzun idmançıları yeniyetmələrdən ibarət yığma komandaların tərkibində yarışda ölkəmizi təmsil ediblər. Yunan-Roma güləşçilərimizdən Ramin Cəfərov (63 kq) və Ülvi Qənizadə (69 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər.