Xəbərlər


Əbdülhəq Rəsullu Perudan bürünc medalla dönür

Perunun paytaxtı Limada cüdo üzrə "Pan American Open” turnirinə yekun vurulub. Yarışa 60 ölkədən 288 (172 kişi, 116 qadın) idmançı qatılıb. Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan yarışın sonuncu günü milli komandamız üçün uğurlu alınıb.

"Neftçi İdman Klubu”nun yetirməsi, 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əbdülhəq Rəsullu yerli idmançı Danil Vizkarra və ABŞ cüdoçusu Şintaro Hiqaşini məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə liviyalı Nacif Eliasla bacarmayan Rəsullu bürünc medal uğrunda mübarizəyə qoşulub. O, Türkiyə təmsilçisi Əmirxan Yucel ilə qarşılaşmadan qalib ayrılaraq mötəbər turnirin bürünc medalını qazanıb.

Klubun digər cüdoçusu Tural Səfquliyev (90 kq) isə 5-ci pillədə qərarlaşıb.