Xəbərlər


Cüdoçumuz Avropa kubokunda qızıl medala sahib oldu

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.

Azərbaycan yığma komandası əzmlə mübarizə apararaq Avropa kubokunun 4 qızıl, 2 gümüş və 3 bürünc medalını qazanıb. Cüdoçularımız komanda hesabında ikinci yeri tutublar.

"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış yeniyetmə cüdoçularından 60 kq çəkidə çıxış edən İbrahim Əliyev bütün qarşılaşmalardan qalib ayrılıb və Avropa kubokunun qızıl medalına yiyələnib. Knyaz Mahmudlu (66 kq), Fəridə Səfərova (52 kq) və Fidan Hüseynova (63 kq) isə yarışı 5-cı sırada başa vurublar.