Xəbərlər


Rəsul Çunayev dünyanın ən güclüsüdür

Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilmiş yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Yeni reytinq cədvəlini "Neftçi İdman Klubu”nun güləşçiləri üçün uğurlu saymaq olar. Belə ki, idmançılarımızdan 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi, Las-Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, bu mundialın gümüş medalçısı Rövşən Bayramov (59 kq) isə ikinci sırada yer alıb. Klubun digər yetirmələri Elvin Mürsəliyev (75 kq), Həsən Əliyev (66 kq) və İslam Abbasov (85 kq) müvafiq olaraq 6-cı, 9-cu və 13-cü pillələrdə qərarlaşıblar.