Xəbərlər


Hacı Əliyev yenə liderdi

Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycanın sərbəst güləşçilərindən ən yaxşı göstərici "Neftçi İdman Klubu”nun yetirməsi, ötənilki mundialda ikinci çempionluğunu qazanan Hacı Əliyevə (61 kq) məxsusdur. O, öz çəkisində reytinq cədvəlinin birincisidir. Klubun digər təmsilçisi, ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov (65 kq) isə 5-ci sırada qərarlaşıb.