Xəbərlər


Dama üzrə Bakı çempionatı keçirilib

Bakı şəhər 1 saylı İOEUGŞDM-də 100 xanalı dama üzrə kişilər arasında paytaxt çempionatı keçirilib.

İsveçrə sistemi ilə keçirilən 7 turda 7 mümkün xaldan 6-nı toplayan klubumuzun yetirməsi Nofəl Aşumov Bakı çempionu olub. Bununla da idmançımız aprel ayında kişilər arasında təşkil olunacaq Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıb.